Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Semnebi: «Cənubi Qafqaz qeyri-sabit region olmaqda davam edir»


«Cənubi Qafqaz qeyri-sabit region olmaqda davam edir. Beynəlxalq ictimaiyyət münaqişələrin həlli və demokratik islahatların təbliğini davam etdirməlidir».

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi iyulun 8-də ATƏT Daimi Şurasına müraciəti zamanı belə deyib.

Semnebi AB-nin Cənubi Qafqazda münaqişələrin həlli və demokratiyanın bərqərarı olması sahəsində göstərdiyi səylərdən danışıb. Bildirib ki, «bu cəhdlər, yalnız beynəlxalq ictimaiyyətin birgə səyi nəticəsində uğurlu ola bilər».

Semnebi vurğulayıb ki, həll olunmamış münaqişələr AB üçün prioritet mövzu olaraq qalmaqdadır.



XS
SM
MD
LG