Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:49

«Dalğa»çılar Prezident Administrasiyasına yürüş etdi


İyulun 8-də «Dalğa» gənclər hərəkatı bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin ildönümü ilə əlaqədar aksiya keçirməyə cəhd edib.

Gənclər Filarmoniya bağında tələblərini səsləndirəndən sonra, Prezident Administrasiyasının qarşısına yürüş ediblər. Polis cəhdin qarşısını alıb, 4 nəfər saxlanıb. Onları Səbayel rayonun 9 saylı polis bölməsinə aparıblar.

Saxlananlardan Ramin Hacılı:

«Biz Prezident Aparatı qarşısına gedib, problemə diqqət çəkib, sonra hadisə yerindən uzaqlaşacaqdıq. Polis 4 nəfərimizi tutmağa gücü çatdı, qalanları isə aksiya baş tutduğu üçün hadisə yerindən uzaqlaşdı».

«Dalğa» gənclər hərəkatı öz bəyanatında Azərbaycan gəncləri üçün müsbət nümunə ola biləcək intellektual təhsili və ölkədə hər zaman sivil üsulları təbliğ edən Adanan Hacızadə və Emin Millinin artıq 1 ildir ki, həbsdə olmasını və onların həbsi ilə bağlı çıxarılmış məhkəmə qərarı və qərarın çıxarılmasından qədərki istintaq prosesinin ədalətsiz keçirildiyini bildiriblər.

Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG