Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:59

Nigeriyada 8 müsəlman ölkəsinin sammiti keçirilir


İyunun 8-də İran prezidenti Mahmud Əhmədinejat Nigeriyada müsəlman liderlərin bir günlük sammitinə qoşulur.

İnkişaf etməkdə olan və əhalisinin böyük əksəriyyəti müsəlman olan 8 ölkənin lideri Nigeriya paytaxtı Abucada iqtisadiyyat və ticarət əlaqələrinin yaxşılaşdırılmasını müzakirə edirlər.

Sammitdə Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malaziya, Nigeriya, Pakistan rəsmiləri iştirak edir.

Dünən Qərbi Afrika ölkəsinə səfər edən İran prezidenti ölkəsinin səfirliyində yüzlərlə insan qarşısında ABŞ-ı qlobal münasibətləri nəzarət etməyə çalışan «diktator» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG