Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Avropa Şurası Eynulla Fətullayevin işi üzrə bəyanat verib


Avropa Şurasının baş katibi Turbyorn Yanqland Eynulla Fətullayevin işi üzrə bəyanatla çıxış edib:

«Mən jurnalist Eynulla Fətullayevin narkotik maddə saxlanmasında təqsirli bilinərək əlavə iki il yarım müddətinə azadlıqdan məhrum olunması barədə məlumatlardan narahatam.

Bu ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi Fətullayevin barəsində çıxarılmış ilk iki hökm ilə bağlı fikir azadlığı hüququnun pozulmasının baş verdiyini qərara alıb və onun həbsxanadan buraxılmasını tələb edib. Azərbaycan hökumətini məhkəmənin qərarını yerinə yetirməyə çağırıb.

Mən bu işi diqqətlə izləməkdə davam edəcəm. Azərbaycan Avropa Şurasının üzvüdür və insan hüquqları sahəsində könüllü qəbul etdiyi prinsiplərə, demokratiya və hüququn aliliyi prinsiplərinə əməl olunmasına hüquqi məsuliyyət daşıyır», - bəyanatda deyilir. /Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG