Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Robert Bradtke: «Biz indi çox vacib və çətin bir mərhələdəyik»


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke
«Sülh prosesi velosiped kimidir, dayansa, yıxılacaqsan». ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke «BBC»yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən deyib.

Bradtke bildirib ki, danışıqların hazırkı mərhələsində tərəflər qısamüddətli maneələrdənsə, gələcəyi görməyə çalışmalıdırlar. Bu işdə də Minsk qrupu dövlətlərinin liderlərinin rolu artmalıdır.

Həmsədr bildirib ki, Azərbyacan və Ermənistan arasında danışıqlarda müəyyən tərəqqi əldə olunub:

«Tərəflər qəbul edirlər ki, çözüm Helsinki prinsiplərinə söykənməlidir. Onlar prezidentlər Obama, Sarkozi və Medvedevin 2 dəfə bəyan etdikləri 6 elementi qəbul edirlər.

Bunlar Dağlıq Qarabağın müvəqqəti, yekun statusları, işğal edilmiş ərazilərin qaytarılması, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz, qaçqın və didərginlərin qayıtmaq hüququ və sülhüqoruma daxil olmaqla beynəlxalq təminatlar».

Bradtke əlavə edib ki, biz indi çox vacib və çətin bir mərhələdəyik.

Amerikalı həmsədr bildirib ki, vasitəçinin işi odur ki, prosesi irəli aparacaq mütəmadi addımlar üzərində düşünsün:

«Sülh bizim məramımızdır. Bu yolda pis günlər də olur, yaxşı günlər də. Amma əsası irəliyə doğru durmadan hərəkət etməkdir. Bu, velosiped kimidir. Əgər dayansa, yerə yıxılacaqsan».
XS
SM
MD
LG