Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

İspaniya Almaniyanı məğlub edərək, finala çıxıb


Futbol üzrə Dünya Çempionatının ikinci finalçısı məlum olub, İspaniya.

İyulun 7-də Almaniya yığması ilə qarşılaşan İspaniya, 1:0 hesabı ilə qalib gəlib. Qolu Karles Puyol vurub.

Dünya Çempionatının final oyunu iyulun 11-də keçiriləcək, İspaniya yığması Hollandiya ilə qarşılaşacaq. İndiyə qədər nə İspaniya, nə də Hollandiya dünya çempionatının kubokunu almayıb.

İyulun 10-da isə 3-cü yer uğrunda görüş keçiriləcək, Almaniya və Uruqvay milliləri qarşılaşacaqlar.
XS
SM
MD
LG