Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:59

Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanlı həmkarı Qriqol Vaşadzeni qəbul edib.

XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələrinin hazırkı durumu, regionda baş verən prosesləri müzakirə ediblər.

Danışıqlar zamanı həmçinin Cənubi Qafqaz və Xəzər hövzəsində gerçəkləşdirilən enerji və infrastruktur layihələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
XS
SM
MD
LG