Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:24
Amerikanın Kentukki ştatından olan 28 yaşlı şair Conni Loqan Spenser ona qarşı irəli sürülən "prezident Barak Obamanı ölümlə hədələmə" ittihamıyla razılaşıb – günahını etiraf edib. (AP)

Spenser ağdərili irqçilərin NewSaxon.org saytında özünün “Snayper” şeirini yeləşdirmişdi.

Şeirdə bir snayper “tiran”ı qətlə yetirir, şeirin sonunda bunun prezident olduğu aydınlaşır və panika başlayır.

Spenser günahını iyulun 6-da Luisvildəki dairə məhkəməsində - prokurorla sövdələşməsiz boynuna alıb.

Cinayət Məcəlləsində onun əməlinə görə maksimum 5 illik həbs cəzası nəzərdə tutulur.

Məhkəmə işlə bağlı noyabrın 2-də hökm çıxaracaq.

Həmçinin oxu
Şairi Obamanı ölümlə hədələməkdə ittiham etdilər

Günün bütün mövzuları

XS
SM
MD
LG