Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:22

Fransada niqabı qadağan edən qanun layihəsi müzakirə olunur


Fransa parlamenti ictimai yerlərdə üz örtüyünü qadağan edən qanun layihəsini müzakirə edir.

Ölkənin ədliyyə naziri Mişel Alo Mari çərşənbə axşamı Milli Assambleyada çıxışında niqab və bu kimi digər örtüklərin Fransanın dünyəvi dəyərlərinə zidd olduğunu deyib.

Fransada 5 milyona yaxın müsəlman yaşayır.

Əgər qanun qüvvəyə minsə onu pozanları 150 avro cərimə gözləyir.

Tənqidçilər qanun layihəsinin insan azadlığına zidd olduğunu deyirlər.

Qanun layihəsinin iyulun 13-də səsə qoyulacağı, avqustda isə Senata çıxarılacağı gözlənilir.

Həmçinin bir sıra Avropa ölkələrində oxşar qanun layihələri müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG