Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

Rüstəm İbrahimbəyov ziyalilar adindan prezidentə müraciət edib


“Media forum” saytı yazıçı Rüstəm İbrahimbəyovun ölkənin tanınmış ziyalıları adından prezident İlham Əliyevə göndərdiyi müraciəti oxuculara təqdim edir:
Möhtərəm cənab Prezident!

Bir neçə gün əvvəl Bakıda “Müstəqil demokratik dövlət quruculuğunda Azərbaycan ziyalılarının rolu: tarixi təcrübə və müasirlik” mövzusunda ictimai dinləmələr keçirilib.

Azərbaycanın mədəniyyət və elm xadimləri, ictimai birliklərin və vətəndaş cəmiyyəti institutlarının rəhbərləri Azərbaycanda dünyəvi, liberal, demokratik ideya və ənənələrin formalaşması və bərqərar olmasında, müsəlman Şərqində ilk parlament tipli demokratik respublikanın yaradılmasi və inkişafında, sovet hakimiyyəti dövründə milli özünəmənsubluq və milli özünüdərkin qorunmasında, dövlət müstəqilliyinin bərpası və totalitar ideologiyadan azad plüralist cəmiyyətə keçid zamanı Azərbaycan maarifçilərinin, ziyalılarının əhəmiyyətli rolunu müzakirə ediblər.

Hazırda bizim bəzi problemlərlə bağlı qayğılarımızı, həmçinin ölkəmizin stabil, demokratik inkişafına ziyalı dəstəyinə yönəlmiş gələcək məqsəd və planlarımızı, keçirilmiş müzakirələrin yekunlarını özündə ehtiva edən xüsusi müraciət hazırlanır.

Hörmətli cənab Prezident!
Müzakirə olunan bir çox məsələlərlə yanaşı, ictimai dinləmələrin iştirakçıları həbsdə olan jurnalist Eynulla Fətullayevin və iki gənc bloqçu Adnan Hacızadə və Emin Millinin azad olunması barədə Sizə müraciət olunması ideyasını səsləndiriblər.

Bu təkliflər toplantı iştirakçıları tərfindən dəstəkləndi və bizim ümumi fikrimizin Sizin diqqətinizə çatdırılması zərurəti yarandı.

Biz hesab edirik ki, söz və özünüi fadəetmə azadlığı stabil, demokratik və çiçəklənən Azərbaycanın qurulması, ölkənin uğurlu modernləşməsinin fundamental əsaslarından və şərtlərindən biridir.

Sizin Azərbaycan milli mətbuatının 135 illiyinin qeyd olunması ilə əlaqədar imzaladığınız sərəncamda haqlı olaraq müstəqil Azərbaycan mətbuatının Azərbaycanda maarifçilik, liberalizm, dünyavi, demokratik dövlətçilik ideyalarının yayılması və möhkəmlənməsində rolu qeyd olunub.

Əlbəttə, bu o demək deyil ki, jurnalistlərin yazdığı hər şey həqiqətə uyğundur, ədalətlidir, obyektivdir və onlarla hökmən razılaşmaq lazımdır.

O cümlədən, bizim müzakirələrimiz zamanı qeyd olunduğu kimi, bu həm də yuxarıda adları çəkilən şəxslərin bir sıra yazılarına aiddir.

Ancaq biz əminik ki, fikir toqquşmaları və ictimai konsensus axtarışları, ictimai rəyin nəzərə alınması ölkəmizin uğurlu inkişafı, həmçinin müstəqil KİV-in, yüksək peşəkar Azərbaycan jurnalistikasının formalaşması istiqamətində, çətin də olsa, yeganə düzgün yoldur.

Təqiblər, jurnalistlərin həbs olunması bu sahədə vəziyyəti yaxşılaşdırmır, cəmiyyətdə əlavə gərginlik doğurur, həmçinin ölkəmizin beynəlxalq imicinə böyük zərbə vurur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, toplantı iştirakçılarının qərarına müvafiq, Sizdən xahiş edirik ki, bütün konstitusion səlahiyyətlərinizdən istifadə edərək həbsdə olan jurnalist Eynulla Fətullayevin və gənc bloqçular Adnan Hacızadə və Emin Millinin azad olunmasına kömək edəsiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG