Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:37

Parlament seçkisi Azərbaycan üçün demokratiya sınağıdır


«Qarşıdan gələn parlament seçkiləri Azərbaycan üçün demokratiya sınağıdır. Bu seçkilər Azərbaycan üçün ötən seçkilərdən öyrəndiklərini nümayiş etməsi üçün bir fürsətdir».

Bunu iyulun 7-də Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek deyib.

İki gün ərzində Bakıda Mərkəzi Seçki Komissiyası və Avropa Şurası Venesiya Komissiyası noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı şikayət və müraciətlərə baxılması ilə əlaqədar seminar treninqlər keçiriləcək. Treninqə ölkənin 125 seçki dairəsi üzrə Dairə Seçki Komissiyalarının nümayəndələri qatılıb.

V. Kotek insanların seçkiyə inamını formalaşdırmaq üçün etibar mühitinin yaradılmasına ehtiyac olduğunu bildirib. O eyni zamanda azad və ədalətli seçkilərin keçirilməsi üçün MSK ilə birgə səylərin göstərilməsini təqdir edib.

Öz növbəsində MSK katibi Natiq Məmmədov ümid etdiyini bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq seçkilərə veriləcək qiymətin daha yaxından, faktlara əsaslanmış qiymət verməsi ilə nəticələnəcək:
«MSK mövqeyi belədir ki, biz öz fəaliyyətimizi tərif üzərində qurmuruq, hesab edirik ki, özümüzə tənqidi yanaşmalıyıq. Əgər hər hansı bir şəxs öz üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməyibsə, onun qanunun tələbləri daxilində cəzalandırılması yəqin ki, hamımızın arzu etdiyi bir məsələdir».

N. Əliyev bildirib ki, şikayətlərə baxılması qaydası təlimat formasında hazırlanıb və mexanizm formasında fəaliyyət göstərə biləcək bir sənəd halına salınıb.

MSK katibi növbəti təlimlərin dairə seçki komissiyasının sədr və üzvləri, məntəqə seçki komissiyası üçün nəzərdə tutulduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG