Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:33

Hansı dondurmadan yeyək?


Hermetik qablaşdırılmış, istehsal tarixi, son istifadə müddəti göstərilmiş dondurmaları almaq məsləhətdir

Hermetik qablaşdırılmış, istehsal tarixi, son istifadə müddəti göstərilmiş dondurmaları almaq məsləhətdir

«Hər hansı məhsul istehsaldan ta süfrəyə qədər bir zəncir halındadır. Bu proses zamanı hər hansı şərt pozulursa, məhsulun çirklənməsinə gətirib çıxarır».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev söylədi.

KUSTAR ÜSULLA HAZIRLANMIŞ MƏHSULU ALMAYIN

Onun sözlərinə görə, burada hətta həmin qida məhsulunu satanın şəxsi gigiyena qaydasına əməl etməməsi də çirklənməyə yol açır. «Amma ən əsası, həmin məhsulların istehsalı zamanı çox diqqətli olmaq lazımdır. Xüsusən, kustar yolla istehsal olunan məhsullara ehtiyatla yanaşmaq lazımdır».
Mərkəz təmsilçisinin dediyinə görə, bu məhsullar əl üsulu ilə istehsal olunduğundan, üstəlik, avadanlıq olmadığından, hermetiklik qorunmur və məhsula mikroorqanizmlər yol tapır.

DƏZGAHLAR YUYULMALIDIR!

«Bu dondurmaların kustar, ya avtomatik istehsalını necə ayırd edək» sualı belə cavablandı:

«Avtomatik və germetik qablaşdırılmış dondurmalarda insan əli işləmir. Ona görə də, çirklənmə riski azdır. Burada da bəzi qaydalara əməl olunmalıdır. İş bitdikdən sonra avadanlıqlar yuyulmalıdır - buxar və qaynar suyla, dezinfeksiyaedici məhlullarla. Əgər bunlar edilmirsə, dəzgahlarda qalan yağlar mikrobların inkişafına şərait yaradır. Yenidən istehsal zamanı bu mikroorqanizmlər başqa məhsullara keçir».

DONDURMA ALARKƏN DİQQƏTLİ OLUN!

İmran müəllim alıcılara hermetik qablaşdırılmış, istehsal tarixi, son istifadə müddəti göstərilmiş dondurmaları almağı məsləhət gördü. «Kustar üsulla hazırlanmış dondurmaları gözlə də ayırd etmək olur--üzərində heç nə yazılmır, vafli qabında olur».

MƏRKƏZ 120-DƏN ÇOX DONDURMA NÜMUNƏSİNİ ANALİZ EDİB

Dövlət sanitariya nəzarətinin məhsulun ancaq təhlükəsizlik göstəricilərini müayinə etdiyini deyən İmran Abdullayev buna əsasən məhsulun bakterioloji, kimyəvi, toksikoloji və radioloji göstəricilərinin tədqiq olunduğunu dedi. «Hazırda 120 nümunədən 8-ə qədərində bağırsaq çöpləri müəyyənləşdirilib. Bu da əsasən, ərzaq mağazalarından götürülmüş südlü dondurmalardır».

Mərkəz təmsilçisi bu məhsulları istehsal edən müəssisələri cərimələdiklərini də söylədi. «Eyni zamanda həmin müəssisələrin rəhbərliyindən dezinfeksiyaedici tədbirlərə başlamaq tələb olundu. Təkrar nümunələrdə çirklənmə müşahidə olunmadı».

--Dondurmalar neçə növə bölünür?
--Dondurma hazırlanan kütlə niyə məcburi pasterizədən keçməlidir?
--Pasterizədən yayınma hansı təhlükəyə yol açır?
--«Dondurma» dövlət standartına son dəyişikliklər vəziyyəti dəyişəcəkmi?

«Can Bakı»nı bu səhifədən dinləyin.

Şərhləri göstər

XS
SM
MD
LG