Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:35

Ledi Qaqa Obamanı qabaqlayır


Facebookda ABŞ prezidenti Barak Obamanın səhifəsinin fanatlarının sayı dünən 10 milyonu keçib. Lakin bu göstəriciyə görə o, hələ də amerikalı pop ulduz Ledi Qaqadan geri qalır.

İndiyə qədər dünyada həyatda olan insanlardan yalnız bu iki şəxsin Facebook saytında fanatlarının sayı 10 milyona çatıb. Rekord göstərici isə əfsanəvi pop-müğənni Maykl Ceksona aiddir. Ona həsr olunmuş səhifənin 14 milyon fanatı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG