Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:24

Amnesty International: “İttiham saxtadır”


Amnesty International Eynulla Fətullayevə qarşı çıxarılmış hökmü pisləyərək, ona qarşı irəli sürülmüş ittihamı saxta adlandırıb. Təşkilat Qaradağ rayon məhkəməsinin qərarını hökuməti tənqid edən jurnalisti susdurmaq üçün son cəhd kimi qiymətləndirib.

“Azərbaycan hakimiyyəti göstərdi ki, tənqidi fikirləri boğmaq üçün hər şeyə hazırdır”, - deyə təşkilatın Avropa və Orta Asiya üzrə proqram direktorunun müavini Andrea Über bildirib. O, əlavə edib ki, Eynulla Fətullayev dərhal azad edilməli və ona qarşı qaldırılmış qondarma cinayət işləri bağlanmalıdır.

Fətullayevin vəkili İsaxan Aşurov Amnesty International-a deyib ki, hökmün icrasının onun elan edilməsindən hesablanması o anlama gəlir ki, Fətullayevin faktiki cəzası 3 il 7 gün təşkil edəcək ki, bu da Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın maksimum həddindən artıqdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi barədə qərarının icrası üçün son tarix iyulun 22-dir. Bununla əlaqədar Andrea Über deyib: “Eynulla Fətullayev iyulun 23-dək azad edilməsə, Avropa Şurası tədbir görməlidir. Azərbaycan İnsan hüquqları haqqında Avropa Konvensiyasını istədiyi vaxt poza və buna görə cəzasız qala bilməz”.

XS
SM
MD
LG