Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:35

JMK Eynulla Fətullayev barəsində hökmü pisləyib


Jurnalistləri Müdafiə Komitəsi Qaradağ rayon məhkəməsinin Eynulla Fətullayevi narkotik maddə saxlamaqda ittiham edərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etməsini pisləyib.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova deyib: “Biz Eynulla Fətullayevə verilmiş bu cəzadan şokdayıq. Azərbaycan ya bu absurd hökmü və eləcə də həmkarımıza qarşı əvvəlki qondarma cinayət işlərini ləğv etməli, ya da sanksiyalarla üzləşməlidir.”

Jurnalistləri Müdafiə Komitəsi bu qənaətdədir ki, Fətullayevə qarşı narkotika ittihamı saxta ittihamdır.

XS
SM
MD
LG