Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Cənubi Afrika "narıncı inqilabın" bir addımlığında


Hesabı açan Giovanni van Bronckhorstun qolu çempionatın ən gözəl qollarəndan biri sayıla bilərdi

Hesabı açan Giovanni van Bronckhorstun qolu çempionatın ən gözəl qollarəndan biri sayıla bilərdi

Dünya çempionatının birinci yarımfinalında Hollandiya Uruqvay millisinə 3-2 hedabı ilə qalib gələrək FİFA-2010-nun finalına çıxan ilk komanda oldu. İyunun 11-də Yohannesburqa keçiriləcək finalda Hollandların rəqibi ya Almaniya, ya da İspaniya olacaq. Bu komandalar iyulun 7-də digər yarımfinal görüşündə qarşılaşır.

Qollara burada bax
Hollandiya-Uruqvay görüşü oyunun son saniyələrinədək azarkeşləri gərginlikdə saxladı. Hesabı birinci hissədə Giovanni van Bronckhorst açdı. Onun uzaqdan vurduğu zərbə o qədər güclü və dəqiq idi ki, uzaq məsafəyə və qapıçının zərbə anını görməsinə baxmayaraq onun qarşısını almaq mümkün olmadı. 1-0

Fasilədən bir qədər əvvəl Uruqvayın və bu çempionatın ən yaxşı oyunçularından biri Diego Forlan təqribən 25 metrlik məsafədən hesabı bərabərlşdirdi.

İkinci hissədə Hollandlar fiziki cəhətdən daha güclü görünürdülər. Hiss olunurdu ki, dörddəbir finaldakı Ghana ilə gərgin oyun Uruqvay millisinin bütün gücünü aparıb. Qısa ötürmələrlə rəqibin cərimə meydançasına daxil olan Snejderin zərbəsi güclü olmasa da dəqiq alındı. Bu zaman narıncılardan offsayd vəziyytində
Arjen Robben göstərir ki, heç başı ilə də pis oynamır
duran oyunçu olsa da hakim Rövşən İmratov qolu sayır. 2-1

Oyunun 73-cü dəqiqəsində Robbin göstərdi ki, təkcə ayaqları ilə deyil, başı ilə də oynaya bilir (Yeri gəlmişkən, bir qədər əvvəl o, topu ayağı ilə boş qapıya vura bilmədi). 3-1

Bundan sonra çoxları oyunun taıeyinin həll olunduğunu düşünürdü. Amma Uruqvay millisi bu fikri hakimin son fitinə qədər təkzib etməyə çalışdı. Lakin onun aramsız həmlələri ancaq hesab arasındakı fərqin azalması ilə nəticələndi. Oyunun 90 dəqiqəsinə əlavə edilən 3 dəqiqə və bu 3 dəqiqəyə Rövşən İmratovun əlavə etdiyi 40 saniyə belə cənubi amerikalıların köməyinə gəlmədi.

Uruqvaylı Caceresin zərbəsi top əvəzinə Hollandiyalı de Zeeuw çənəsindən tutur. Oyundan sonra Hollandiyalını rentqen müaiyəsinə aparmalı olublar
Oyun 3-2 hesabı ilə başa çatdı.

Hollandiya millsi dünya çempionatları tarixində 3-cü dəfədir ki, finala çıxır. 1974-cü və 1978-ci ilin final oyunlarında məğlubiyyətə uğrayanda indki Hollandiya yığmasının bir çox oyunçuları hələ dünyaya belə gəlməmişdilər.

Amma, necə deyərlər atalar 3-dən deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG