Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:35

III ixtisas qrupu üzrə abituriyentlərin imtahan nəticələri açıqlanıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə abituriyentlərin imtahan nəticələri açıqlanıb.

I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 33316 abituriyent sənəd vermişdi. Onlardan 31764 nəfəri imtahanda iştirak edib, 1552 abituriyent isə imtahana gəlməyib.

Test imtahanının nəticəsinə əsasən 8435 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması «Abituriyent» jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı «Abituriyent» jurnalının 3-cü sayında dərc olunub.
XS
SM
MD
LG