Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:54

Çoban oğlu «xalqın lideri» statusunu necə əldə etdi?


Qazaxıstan iyulun 6-ı uzun müddət hakimiyyətdə olan prezident Nursultan Nazarbayevin 70 yaşını qeyd edir. 20 ildən çoxdur ki, hakimiyyətdə olan Nazarbayev Qazaxıstanı Orta Asyanın iqtisadi cəhətdən ən böyük dövlətinə çevirib. Bugünki bayram tədbirləri öz möhtəşəmliyi ilə də seçilir.

Rusiya prezidenti Dmitri Medvedevin və Türkiyə prezidenti Abdullah Gülün iştirak etdiyi şənliklər çərçivəsində kütləvi alış-veriş mərkəzinin açılışı olub. Milli rəqslər ifa olunub, məşhur italyan tenor Andrea Boçelli yubiley tədbirinin açılış mərasimində çıxış edib.

Nazarbayevin yubileyi ilə yanaşı Astananın Qazaxıstanın paytaxtı olmasının 12-ci ildönümü də qeyd olunub. Nazarbayevin paytaxtın Alma-Atıdan Astanaya köçürülməsində şəxsən rolu var.

SÜRƏTLƏ BÖYÜK VƏZİFƏLƏRƏ


Çoban oğlu olan Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Çemolqan kəndində anadan olub. Gənc yaşlarında poladtökmə zavodunda işləyəndən sonra Kommunist Partiyasında sürətlə böyük vəzifələrə çəkilib.

1989-cu ildə Qazaxıstan Kommunist Partiyasının birinci katibi, növbəti ildə isə prezident seçilib. O vaxtdan təbii ehtiyatlarla zəngin olan Qazaxıstanı regionun enerji nəhənginə çevirib. Buna ölkəsinə milyon dollarlarla xarici investisiya cəlb etməklə, Rusiya, Çin və Qərb arasında məharətlə siyasət yürütməklə nail olub.

Bu il Nazarbayev daha bir tarixi nailiyyətə imza atıb. Onun ölkəsi potsovet dövlətləri arasında ilk dəfə olaraq ATƏT-ə sədrlik edib. O təhsilin güclü hamisi və ölkə gənclərinin xaricdə təhsil alması üçün proqramların böyük tərəfdarı sayılır. Ötən həftə açılışı olan Nazarbayev Universitetində hər il 20 min tələbə təhsil alacaq.

«Xalqın lideri» statusu Nazabayevə imkan verir ki, hətta təqaüdə gedəndən sonra da ölkənin siyasi həyatına təsir edə bilsin
BÖYÜK NAİLİYYƏTLƏR SİYASİ QÜSURLAR HESABINA BAŞA GƏLİB


Müşahidəçilər deyirlər ki, Qazaxıstanın böyük nailiyyətləri siyasi qüsurlar hesabına başa gəlib. Nazarbayev bu illər ərzində hakimiyyətini möhkəmlədib, prezident səlahiyyəti müddətini artırıb, dissidendləri, müxalifəti, tənqidi medianı susdurub.

Nazarbayevin hakimiyyət müddəti 2012-ci ildə bitir. Lakin parlament onun ömürlük hakimiyyətdə qalması qərarını verib. Bu yaz deputatlar ona «xalqın lideri» statusu verməklə özünü və ailəsini həmişəlik cinayətdə mühakimə olunmamaq hüququ ilə təmin ediblər.

ÖZÜNDƏN SONRA VARİS HAZIRLAMAQ İMKANINA DA MALİKDİR


Qazaxıstanın ATƏT-ə sədrliyi rəmzi xarakter daşıyır. Ötən ay qonşu Qırğızıstanda baş verən iğtişaşlara Nazarbayev yalnız sərhədi bağlamaqla cavab verib. Bununla da özünün şəxsi narahatlığını ölkəsinin ATƏT-in sədri kimi məsuliyyətindən üstün tutub.

«Xalqın lideri» statusu Nazabayevə imkan verir ki, hətta təqaüdə gedəndən sonra da ölkənin siyasi həyatına təsir edə bilsin. Bu statusa görə o özündən sonra varis hazırlamaq imkanına da malikdir.

Astana meri İmangəli Tasmagametov və «QazMunaiQaz» dövlət şirkətinin sədri Timur Kulibayev onun potensial siyasi varisləri hesab olunur. Kulibayev Nazarbayevin qızının əridir.

/Tərcümə etdi: Kəbiran Dilavərli/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG