Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

Türkiyədə PKK yenə ordu postuna hücum elədi


Türkiyədə türk ordusuyla PKK arasındakı son döyüşdə 3 əsgər həlak olub.

Anadolu Agentliyinin məlumatına görə, PKK terrorçularının Hakkaridəki ordu postuna hücumu zamanı 3 əsgər həlak olub, 3-ü yaralanıb. Hücum edənlərdən 9 terrorçu öldürülüb.

Son aylar Türkiyə hökuməti kürdlərə daha geniş haqlar nəzərdə tutan islahatlar prosesini élan edəndən PKK terrorçularının Türk ordusu və dinc sakinlərə qarşı hücumları artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG