Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

Prezident İlham Əliyev BP Qrupunun prezidenti Toni Heyvardı qəbul edib


İyulun 9-da Böyük Britaniyanın BP şirkətinin prezidenti Toni Heyvard Azərbaycana bir günlük işgüzar səfər edib.

«BP-Azerbaijan» şirkətindən verilən məlumata görə, səfər zamanı T.Heyvard Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və ona BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə işlərin cari vəziyyəti və planlar barədə məlumat verib.

BP-nin Azərbaycandakı öhdəliklərinin və Azərbaycan hökuməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlığının uğurla davam edəcəyini bildirən T.Heyvard həmçinin qeyd edib ki, Azəri-Çıraq-Günəşli və «Şahdəniz» neft və qaz, eləcə də Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələri Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətlidir.

T.Heyvard həmçinin Xəzərdə davam edən geoloji-kəşfiyyat işlərinin bölgənin enerji gələcəyi üçün əhəmiyyətini də xüsusi qeyd edib.

Bundan başqa, BP rəsmisi Azərbaycanın dövlət başçısını Azərbaycan və Türkiyə hökumətləri arasında Azərbaycan qazının Türkiyəyə satışı və Türkiyə ərazisindən keçməklə Avropa bazarlarına nəqli ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmaya görə xüsusi olaraq təbrik edib və qeyd edib ki, «Şahdəniz» yatağının tammiqyaslı işlənməsinin BP üçün ən vacib layihələrdən biri olduğunu, şirkətin bir əməliyyatçı kimi bu layihəni sürətlə həyata keçirəcək./APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG