Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:17

Ali media mükafati hər il 9 nəfərə veriləcək


İyulun 6-da Mətbuat Şurasının İdarə Heyəti iclas keçirib. Qurum yenicə təsis olunmuş Ali Media Mükafatının əsasnaməsini təsdiqləyib. Qərara alınıb ki, mükafat bir, iki və üç dərəcədə olmaqla ümumilikdə 9 nəfərə verilsin. Bu zaman həmin şəxslərin Azərbaycan mətbuatının inkişafındakı xidmətləri əsas götürülsün.

Mükafatın hər il 22 iyul Azərbaycan Jurnalistikası Günü ərəfəsində təqdim olunması qərara alınıb.

İclasda 26 kütləvi informasiya vasitəsinin adının «qara siyahı»dan çıxarılması da rəsmiləşdirilib. /Mediaforum/
XS
SM
MD
LG