Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:07

Eynulla Fətullayev 2 il 6 ay azadlıqdan məhrum edildi


Bu gün Qaradağ rayon Məhkəməsində narkotik maddə saxlamaqda ittiham oluan jurnalist Eynulla Fətullayevə hökm oxunub. O, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin cəzası bu gündən - 2010-cu il iyulun 6-dan hesablanacaq.

“Eynulla Fətullayev haqqında çıxarılan 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası qanunsuz və ədalətsizdir». Jurnalistin vəkili İsaxan Aşurov AzadlıqRadiosuna belə deyib. O, cəzanın hökmün çıxarıldığı gündən hesablanmasının da qanunsuz olduğunu bildirib: «Cəzanın başlanğıc müddətinin müəyyənləşdirilməsinin də məhkəmə hökmünün çıxarıldığı gün kimi götürülməsi tamamilə qanunsuzdur. Çünki o cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Artıq rejim dəyişmişdi, o qapalı şəraitə köçürülmüşdü. Hakim məsələnin faktiki tərəfini nəzərə almalıydı».

Günün bütün mövzuları

XS
SM
MD
LG