Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:12

BP rəhbəri Bakıya gəlir


BP şirkətinin icraçı direktoru Toni Hayvard iyulun 6-da Azərbaycana bir günlük səfərə gəlir. Bu barədə «Dow Jones Newswires»ə BP Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib: «Səfərin təffərrüatları günün sonunadək bəlli olacaq».

BP-nin Azərbaycanın ən böyük qaz yatağı – «Şah Dəniz»də 25,5 faizlik səhmi var.

Rusiyanın qaz inhisarçısı Qazprom «British Petroleum»un «Şah Dənizdəki» payını almaq istəyir. Qazprom rəsmisi Aleksey Miller ötən ay belə bir bəyanat verib.

ABŞ tələb edir ki, Meksika körfəzindəki neft sızmasına görə BP ona 20 milyard dollar təzminat ödəsin. BP-nin bu vəsaiti ödəmək üçün bəzi əmlakını sata biləcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG