Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:59

Nazarbayev 70 yaşını təmtəraqla qeyd edir


Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün 70 yaşını qeyd edir. Bu münasibətlə ölkədə misli görünməmiş bayram şənlikləri, atəşfəşanlıqlar və konsertlər keçiriləcək.

Nazarbayev MDB-də Sovet İttifaqı dağılandan ölkəsinə fasiləsiz rəhbərlik edən iki prezidentdən biridir (Digəri Özbəkistan prezidenti İslam Kərimovdur).

Prezidentin doğum günü ilə bağlı tədbirlərdə qonaq qismində 7 prezidentin və İordaniya kralının iştirakı gözlənilir. Tədbirlərin Xan Şantır parkında təşkil olunmuş açılış mərasimində italyan tenor Andrea Boçelli oxuyub.

XS
SM
MD
LG