Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:02

«Dondurma» standartına dəyişiklik edildi


Azərbaycanda «dondurma» dövlət standartına dəyişiklik edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 1 iyul tarixli əmri ilə AZS 228-2006 «Dondurma» dövlət standartına dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, məhsulun saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar, eləcə də digər əlavələr və qatqılar tətbiq edilmədən istehsal olunan dondurmaların saxlama müddəti mənfi 18 dərəcə C-dən yüksək olmayan tempraturda aşağıdakı kimi müəyyənləşdirilir:

Südlü – 1 ay
Qaymaqlı – 1,5 ay
Plombir – 2 ay
Pirojnalar, tortlar və kekslər – 15 gün
Meyvəli-giləmeyvəli və aromatik – 1,5 ay

Bundan başqa dəyişikliyə əsasən, məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyalardan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilmiş konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18 ± 2) dərəcədən yüksək olmayan tempraturda ən çoxu 10 ay, həmin dondurmalardan hazırlanan tortlar, kekslər və pirojnalar mənfi (18 ± 2)0 C-dən yüksək olmayan tempraturda ən çoxu 6 ay saxlanıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG