Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:31

Bu gün Eynulla Fətullayevə hökm oxunacaq


Bu gün Qaradağ rayon məhkəməsində narkotik maddə saxlamaqda ittiham oluan jurnalist Eynulla Fətullayevə hökm oxunacaq. Məhkəmə prosesi saat 11-də başlanacaq.

Dövlət ittihamçısı Eynulla Fətullayevin 3 il azadlıqdan məhrum edilməsini tələb edib. Eynulla Fətullayev isə son sözlə çıxışında bildirib ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Jurnalist bildirib ki, istintaq qeyri-obyektiv olub, müstəqil ekspertiza keçirilməyib və o, yalançı şahidlərin ifadələri əsasında mühakimə edilir. Eynulla Fətullayev məhkəmədən ədalətli hökm gözləmədiyini də bildirib. Vəkilləri isə ona bəraət verilməsini tələb ediblər.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.
Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azadlığa buraxılmasını tələb edib. Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına apellyasiya verib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir. Hazırki məhkəmə prosesi də bu ittihamla bağlıdır.

XS
SM
MD
LG