Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Məşhur türk yazıçısından şok iddia


Türkiyənin ən məşhur yazıçılarından biri, “İncə Məmməd” və digər populyar romanların müəllifi Yaşar Kamal 1960-cı illərdə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin casusundan “əxlaqsız təklif” aldığını və həmin təklifi rədd etdiyini bildirib.

"Akşam" qəzeti yazır ki, 87 yaşlı yazıçı bunu Amerikanın nüfuzlu siyasət dərgisi “The Nation”a müsahibəsində deyib:

“CIA ajanı arkadaşım vardı. Bana ‘İşçi Partisi’nden ayrıl, kitapların ABD’de popüler olsun’ dedi. ‘Or.. ço.., beni Amerikan parasıyla satın mı almaya çalışıyorsun. S... git”.

“The Nation” adı oxuculara açıqlanmayan həmin casusdan bu olay haqqında soruşduqda o “belə bir şeyi xatırlamadığını, Yaşar Kamalın hafisəzinə şübhə etdiyini və yazıçıya heç zaman siyasət diqtə etmək fikri olmadığını” söyləyib.

Jurnal “bu olayla bağlı həqiqət necə olursa olsun, Yaşar Kamalın heç vaxt Qərbdə şöhrət qazanmadığına, sadəcə Şərq dünyasında tanındığına” diqqət çəkib.

Dəfələrlə Nobel mükafatına namizədliyi irəli sürülsə də, Yaşar Kamalın Nobel mükafatlı Orhan Pamukun “kölgəsində qaldığını” qeyd edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG