Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

İşğal olunmuş ərazilərə missiya göndərilir?


Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçilik edən ATƏT-in Mİnsk qrupuna həmsədrlik ölkələr münaqişənin ancaq sülh yoluyla, güc tətbiqinə yol vermədən, ərazi bötüvlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyin etmə hüququna uyğun şəkildə həllinə tərəfdardırlar. Və istənilən başqa yolu, o cümlədən güc tətbiqinə qarşıdırlar.

ATƏT-in Mİnsk qrupunun həmsədrləri Rusiyalı İqor Popov, Fransalı Bernar Fasye və ABŞ-dan Robert Bradtkenin iyulun 5-də verdiyi bəyanatda belə deyilir.

Bəyanatda həmsədrlərin regiona səfərləri zamanı bu prinsipləri Dağlıq Qarabağın de-fakto rəhbərliyinə, Ermənistan və Azərbaycan rəhbərliyinə də xatırladıldığı bildirilir.

Həmsədrləri keçirdikləri görüşlərdə münaqişənin həlliylə bağlı danışıqlardakı mövcud durum və cəbhə xəttində atəşkəsin pozulması faktlarını müzakirə ediblər və həll prinsiplərinin xatırladıldığı ABŞ, Rusiya, Fransa prezidentlərinin ortaq bəyanatını bir daha vurğulayıblar.

Səfərlər zamanı həmsədrlər tərəfləri həmçinin işğal olunmuş ərazilərə bu ilin payızında missiya göndərmək planıyla ilə də tanış ediblər və bu plan prinsipcə qəbul edilib.

Minsk qrupunun həmsədrləri bəyanatın sonunda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iyulun 16-17-də Astanadan görüşünün baş tutmaısna da ümid ediklərini bildiriblər.

Amma Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov jurnalistlərə deyib ki, bu görüşün baş tutması da hələ tədiqlənməyib. Poluxov münaqişənin həlliylə bağlı Bakının qəbul elədiyi yenilənən Madrid prinsiplərinə Yerevanın hələ də razılıq vermədiyini də təkrarlayıb.

XS
SM
MD
LG