Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

ABŞ Gürcüstanın ərazi bütövlüyüylə bağlı öhdəliklərinə sadiqdir.


ABŞ Gürcüstanın ərazi bütövlüyüylə bağlı öhdəliklərinə sadiqdir. ABŞ-ın Dövlət KAtibi Hillari Klinton Gürcüstan prezidenti Mixeil Saakaşviliylə bugünkü görüşündən sonra belə deyib.

Tbilisidə səfərdə olan Klinton Rusiyanın Abxaziya və CƏnubi Osetiyada daimi hərbi bazalar tikməsindən narahat olduğunu bildirib. Və əlavə edib ki, Vaşinqton Rusiyanın nüfuz dairəsi kimi bölgüləri qəbul eləmir.

Hillari Klinton Rusiyanı 2008-ci ilin avqustunda Gürcüstanla müharibədən sonra imzalanan atəşkəs sazişinin şərtlərinə - qoşunların müharibədən pncəki mövqelərinə qaytarmaq tələbinə əməl etməyə çağırıb.

Klinton Gürcüstanda demokratiya sahəsində görülən işlərdən də razılığını bildirib.


Hillari Klinton Tbilisyə səfəriylə Şərqi Avropa – Cənubi Qafqaz turnesini də başa vurub. Daha öncə ABŞ-ın Dövlət Katibi Ukrayna, Polşa, Azərbaycan və Ermənistanda olmuşdu.
XS
SM
MD
LG