Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Elxan Poluxov: «Sankt-Peterburqda yalnız müxtəlif yanaşmalar müzakirə olunub»


Nalbandyanın bəyanatı beynəlxalq aləmi və Ermənistan ictimaiyyətini məsələnin mahiyyətindən yayındırmaq məqsədi daşıyır. Yenilənmiş Madrid prinsipləri yalnız bir sənəd formasında mövcuddur. Sankt-Peterburqda yalnız və yalnız müxtəlif yanaşmalar müzakirə olunub.

Bunu iyulun 5-də Azərbaycan Xarici İşləri Nazirliyinin sözçüsü Elxan Poluxov Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın Sankt-Peterburqda yenilənmiş Madrid prinsiplərinin yeni versiyasının təqdim olunması barədə bəyanatına münasibət bildirərkən deyib:

«Cənab Nalbandyan özlüyündə müəyyən edəsidir ki, təkliflər həmsədrlər tərəfindən hazırlanır. Baxmayaraq ki, Rusiya bu prosesdə çox fəal rol oynayır və Rusiya prezidentinin rəhbərliyi altında bir neçə dəfə prezidentlər səviyyəsində görüşlər olub. Lakin həmsədrlər tərəfindən hazırlanmış yenilənmiş Madrid prinsipləri sənəd formasında hər iki tərəfə artıq 1 ilə yaxındır təqdim olunub».

Günün bütün mövzuları

XS
SM
MD
LG