Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:43

Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə həmsədrlər arasında görüş keçirilib


İyulun 5-də Xarici İşlər Nazirliyində (XİN) Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib ki, onlar həmsədrlərə azərbaycanlıların öz torpaqlarına qayıtmaq arzusunu çatdırıblar və görüşdən ümidlə ayrılıblar. Amma bu ümidin özünü nə vaxt doğrulda biləcəyi yenə də məlum olmayıb.

İcmanın digər üzvü, deputat Elman Məmmədov isə həmsədrlərə adi vasitəçi olmadıqlarını, dünyanın böyük dövlətlərini təmsil etdiklərini xatırladıb, Ermənistana təsir göstərmələrini bildirdiklərini deyib.

Minsk qrupunun həmsədrləri isə media qarşısına çıxmayıblar. XİN sözçüsü Elxan Poluxovun sözlərinə görə, onlar görüşün yekunlarına dair birgə bəyanat yayacaqlarını bildiriblər.
XS
SM
MD
LG