Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:59

Əylislinin daşı


Pərviz CƏBRAYIL

Əkrəm bəy deyəsən belə deyib: “Bloggerlərin, jurnalistlərin həbsdən azad edilməsi üçün sözümüzü prezidentə çatdıraq, ondan sonra biləcəyik ki, o məqamda sözümüzün çəkisi var, ya yox”.

Olsun ki, tam da belə deməyib, cümlə üzvlərinin yerində hansısa dəyişiklik olub, ama məna belədi ki var.

Nəfəs dərmədən bir şey deyim, gec olar sonra, çünki həmin o prezidentin rəhbərliyi sayəsində bu ölkədə hər alınan yeni nəfəs qənimətdi.

Yəni illah da sən azad söz savaşçısı, ailə hakimiyyətinin, korrupsiyanın, mənəviyyatsızlaşdırmanın, milli və fərdi deqrodasiyanın, bütün yaramazlıqların tənqidçisisənsə, demək hər növbəti nəfəsdən sonra Allaha bir şükr yollamalısan.

İlham Əliyevin Yaradana işlədiyi yeganə məqam da elə budu - şükr elətdirmək. Hə... prezidentin yanında sözün çəkisi...

Əziz Əkrəmim! Görünür, mən hələ tam yazıçı deyiləm, ədəbiyyatın içinə tam girə bilməmişəm ki, sizlərdən fərqli olaraq bəzi şeyləri aydın görə bilirəm. Məsələn, mənə dəhşət gəlir, bu boyda Əkrəm guya bilmir ki, həmin o prezidentin, bir növ çar oğulun yanında sözün qoz qədər çəkisi yoxdu?

Guya qos-qoca Əkrəm bəy bunu anlamır?

Bütün dünya yığışa məni buna inandıra bilməz.

Qardaş, ədəbiyyatçının yaşı olmur, o mənada elə tay-tuşuq, qoy deyim, sən çəkidən danışırsan, mənsə əminəm ki, sən adın kimi dəqiq bilirsən - İlham Əliyevin yanında sözün çəkisi yoxdu yox e, çəkisizlikdi, lap kosmosda olduğu kimi.

Beləliklə də, İlham Əliyevə bu tip fəndlərlə nəsə xeyirxah bir əməl törətdirmək mümkün deyil.

Əkrəm Əylisliyə birbaşa xitabdan keçək onun son ziyalı (Qan Turalının məntiqincə ziyanlı) çıxışına.

Əkrəm bəyi tanıyanlar bilir ki, o öz məntiqiylə sözünün vaxtını bilən adamdı.

Elə Tural da bu məntiqlə hücuma keçib - yəni, hörmətli yazıçı Avropa Məhkəməsi Eynullanın azad olunması haqda qərar verəndən sonra cəsarətlənib, duyuq düşüb - Eynullanı buraxacaqlar, ona görə də o çıxışı yapıb; həm sözünün çəkisi olduğunu sərgiləsin, həm də günahlarına bəraət qazansın.

Mənim gözümdə yaçıçımızın iki suçu var - bu da qanuni suç deyil, mənəvidi, yazıçının da qanunu qanuni yox, mənəvi olduğundan, deməli, Əkrəm bəyin suçu qanuni məsuliyyət doğurur - bunun biri Şər qarşısında susub əllərindən orden almaqdı, biri də tez-tez başına qaxılan fakt - Elçibəyi təhqir eləməsi, ya nəsə bunabənzər bir şey (o kitabı oxumadığımdan hökm verəmmirəm, ama hesab eləyək ki, gerçəkdən aşağılayıb).

Qənimət bəy həbs ediləndə də Əkrəm bəy susdu, xəstə olduğunu bildirdi və mən bunu sərt şəkildə yazdım.

Biz susmasınlar istəyirik, danışsınlar deyirik, danışmırlar, qalxıb danışanda isə “mənfəət güdür” deyirik.

Qardaş, adam, sonunda ağzının qıfılını açır, biz deyəni deyir. Və eyni şeyi Əkrəmin deməsiylə bizim deməmiz arasında fərq var. Xalq hələ də onlara inanır.

Çünki xalqa onlara inandığı vaxtdan - 60-lardan sonra təzə söz çatmayıb, Əliyevlər qoymayıb. Qoy xalq Əkrəmin də azad sözü müdafiə elədiyini duysun. Bu bizim xeyirimizədi, ziyanımıza deyil.

Əkrəm Anardı məyər? Deyə bilərsiz ki, Anar öz ziyasızlığında səmimidi. Başlarına dəysin o səmimi ziyasızlıq. Ona qalsa, Heydər Əliyev də səmimiydi öz qaranlığıyla.

Bu iki suçdan birinin bəraəti danışmağa başlamaqdı. Adam kimi. Kişi kimi. Adam danışıb. O biri isə...

Rafiq Tağı dostumuz da bu konuda qələm çalıb, ama biz onu bu qədər suçlamırıq.

Çünki o, qarşı tərəfə də eyni rakursdan sözlər fırladıb.

Əkrəm Əylislinin rəhmətlik bəy haqda dediklərinə isə rəhmətlik özü bəraət verir (Kələkidə bəylə söhbətimizdə: “Bir saatlıq ədalətlə qırx illik ibadət arasında”), qalır Əkrəm bəyin öz vicdanının bəraəti.

Mən Əkrəm Əylisinin mənimlə tam yaşıd olan “Ağır daş” hekayəsini bəyənmədim.

Görünür, 1971 doğumlular o qədər də talantlı və ya talant nümunəsi olmur.

Amma 2010-da Əkrəmin o daşı atmasına sevinirəm. Söz öz yayından çıxıb artıq.

O ox prezident aparatının çəkisizliyində ulaya-ulaya vurnuxacaqsa belə.

O aparatda ki, vaxtilə Əkrəm Əylisli Əbülfəz bəylə otutub 4 saat ağır-batman söhbət eləmişdi, sonra da Bəy onu birinci mərtəbəyə qədər ötürməklə ağırlamışdı...

"Azadlıq" qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG