Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:16

Klinton deyir ki, Sarkisyan ona təminat verib


Ermənistan prezidenti Serj Sarkisyan ABŞ dövlət katibi Hillari Klintona təminat verib ki, payızda Ermənistanın media qanunvericiliyinə yenidən baxıla bilər. Bunu Hillari Klinton Yerevanda ictimaiyyətin nümayəndələri ilə görüşdə deyib. Ermənistan Parlamenti bu qanunu iyun ayında qəbul edib, sənəd rəqəmsal teleradionun fəaliyyətini tənzimləyir. ATƏT, media ekspertləri və müxalifət həmin qanunun söz azadlığını məhdudlaşdırdığını deyirlər.
Klinton Ermənistana Azərbaycandan gedib. İyunun 4-də ABŞ dövlət katibi Bakıda səfərdə olub, prezidentlə, xarici işlər naziri, gənclərlə görüşüb. Ermənistandan fərqli olaraq Azərbaycan prezidenti ilə görüşdən sonra Klinton hansısa təminat alması barədə açıqlama verməmişdi. Klinton səfərini Gürcüstanla davam etdirir.
XS
SM
MD
LG