Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42
İyunun 25-i gecə saatlarında İosif Stalinin Gürcüstanın Qori şəhərindəki heykəli götürülüb. Heykəl onun doğulduğu evin yaxınlığındakı muzeyə aparılacaq. Yerində - şəhərin əsas meydanında isə hökumət sovet repressiyası və Rusiya təcavüzünün qurbanları şərəfinə abidə ucaldacaq.

Bu hərəkətin mənası açıq-aşkar aydındır: o yerdəki diktator və işğalçı artıq bir dəfə dayanıb, orada onun və bu gün onun xəttini davam etdirənlərin qurbanlarının xatirəsinə abidə olacaq. Amma məsələ əgər bununla bitirsə, bəs nəyə görə heykəl bundan öncə yerindən götürülməyib? Nəyə görə bu iş gecə yarı gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində görülüb?

Abidələrin dəyişdirilməsi simvolikası istənilən radikal siyasi dəyişikliyin vacib hissəsidir. Gürcüstanda bu dəyişiklik bir tərəfdən kommunist rejiminin rədd edilməsi, digər tərəfdən milli müstəqilliyin təsdiqi ilə səciyyələndirilir. Və ikinci faktor daha vacibdir.

NİYƏ GÖRƏ STALİN HƏLƏ DƏ «YAŞAYIRDI»

Hələ ilk qurban təxminən 20 il əvvəl Gürcüstanda sovet hakimiyyəti qurucularından biri, Stalinin çox yaxın adamı Serqo Orconikidzenin heykəli olub. Əksər gürcüstanlıya görə, Orconikidze öz ölkəsini zəbt etməkdə düşmənə kömək etmiş xaindir.

Daha sonra sovet qurucusu Vladimir Leninin heykəli götürüldü. Bu, sovet hakimiyyətinin simvolik sonu kimi qiymətləndirilirdi.

Amma Gürcüstan qarşısında günahları heç də Orconikidzedən az olmayan Stalinin heykəli isə Qoridə ucalmaqda davam edirdi. Niyə?

Gürcüstanda Stalinə ibadətin saxlanması heç də kommunist sisteminə sədaqətliliyin göstəricisi deyil, daha çox milli fəxrdir. O, Gürcüstan tarixində ən güclü, XX əsrin əsas müharibəsinin qalibidir. Sovet dönəminin sonlarına yaxın Stalinin portreti gürcü çəkməçi və dəllək mağazalarını bəzəyirdi, o böyük kütləvi fikir ayrılığının rəmzi idi.

STALİN GÜRCÜSTANIN QƏHRƏMANI OLMASA DA….

Qoridə Stalinin heykəli
Amma əsl millətçi olmaq mümkün olduğu bir vaxtda Stalin milli simvol kimi solmağa başladı. Getdikcə daha çox insan başa düşdü ki, Stalin kommunist sisteminin və Rusiya imperializminin qəhrəmanıdır, Gürcüstanın yox.

Amma simvolik əlaqələr canlı varlıqlardır. Əksər insanlar, xüsusən də yaşlı nəsil arasında Stalinə hörmət hələ də qalır. Stalinin artıq Gürcüstanın simvolu kimi qəbul olunmasına son qoyulanda, o, Qoridə yerli vətənpərvərlik simvoluna çevrildi. Məhz yerlilərin loyallığına görə idi ki, hətta prezident Mixail Saakaşvilinin inqilabçı - islahatçı hökuməti də abidəyə toxunmaqdan imtina edirdi. Heç nəyə görə insanları məyus etməkdə bir məna yoxdur – onlar belə deyirdilər.

DEMOKRATİYA VƏ STALİN BİR ARADA?!

Əlbəttə, başqa fikir də mövcuddur. Bəziləri təəccüblənir ki, Gürcüstanda Avropa demokratiyası necə ola bilər ki, orada – hətta yalnız bir şəhərdə olsa belə Stalinə tərənnüm hələ də qalır. Kimsə demokratik Almaniyada Adolf Hitlerin heykəlini təsəvvür edə bilər? Demokratik Qərbin bir hissəsi olmağa can atan bir ölkə ilə heykəl bir araya sıca bilmir.

Amma daş bütlərə qarşı mübarizə Saakaşvili hökuməti üçün prioritet deyil. Onların başı daha çox rüşvətxor məmurların həbsi və ordu yaratmağa qarışıb. Və beləliklə yerli bələdçilər Qərbdən gələn turistlərə Stalinin necə böyük demokrat olması barədə danışmaqla onları hələ də təəccübləndirməkdə davam edirdilər.

ARTIQ VAXT İDİ

Rusiya ilə 2008-ci il avqust müharibəsi isə hər şeyi dəyişdi: şimaldan olan işğalçı ordu üçün Stalinin heykəli nəsə vacib bir şeyin simvolu idi. Əgər lider hələ də burda dayanırsa, onların düşüncəsinə görə, hələ hər şey itirilməyib.

Stalin heykəli yerindən götürülüb aparılır
Baxmayaraq ki, bu abidəni yox etməyə çağırışlar getdikcə artdı, hökumət ehtiyatla davrandı. Nəhayət, Saakaşvilinin istefası tələbi ilə insanlar küçələrə çıxdılar və hakimiyyət onların Qoridən olan legionlarla birləşməsini istəmədi. May ayında isə bu regionda yerli seçkilər idi. Hakimiyyət strateji baxımdan vacib olan bu regionda yerini itirmək istəmədi. Aparıcı partiyanın bu seçkilərdə qalibiyyətindən sonra isə bəhanələr azalmağa başladı. Yay, isti hava, Dünya Çempionatı…. Və artıq vaxt idi.

Və nəhayət, heykəl yerindən götürüldü və demək olar ki, heç kəs buna qarşı çıxmadı. Müxalifət insanları buna görə ayağa qaldırmağa heç cəhd də etmədi. İndi Gürcüstan Stalinsizdir və hamı sakitdir.

/Tərcümə edəni: Ülkər Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG