Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:50

Emin Milli həbsxanaya qayıtdı


İyunun 29-da atasının yas mərasiminə buraxılan məhbus bloqçu Emin Milli iyulun 5-i səhər saatlarında 5 saylı Cəzaçəkmə Müəssisəsinə qayıdıb.
“Media forum” saytına danışan bloqçunun bacısı Afət Abdullayevanın sözlərinə görə, Emin Milli atasının yeddi mərasimində iştirak edə bilməyəcəyinə çox üzülüb: “Bilmirsən atana ağlayasan, yoxsa qardaşına. Atamız rəhmətə gedib. Düzdür, yaşlı adam idi, ölüm haqdır, amma... Bilmirsən nəyi deyəsən, nə qalsın... Biz ümid edirik ki, Emin tezliklə azadlığa çıxacaq. Ümid heç vaxt ölmür”.
Bloqçunun atası Paşa Abdullayev iyunun 29-u vəfat edib və Neftçala rayonunun Oryat kəndində dəfn olunub. Hüzr mərasimi Neftçalada keçirilir. Bu gün mərhumun yeddisidir.
Emin Milli 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında davadan sonra tutulub. Onu xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edib 2 il 6 ay iş veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG