Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Altı yaşı sentyabrın 15-ə kimi tamam olarsa...


“Sentyabrın 15-ə kimi 6 yaşı tamam olan uşaqlar həmişə olduğu kimi I sinfə gedəcəklər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib.

Onun sözlərinə görə, sentyabrın 15-dən oktyabrın sonunadək 6 yaşı tamam olacaq uşaqların I sinfə qəbulu məktəbin ixtiyarına verilib. Müstəsna hallarda isə noyabrın əvvəlində 6 yaşı tamam olan istedadlı uşaqlarla bağlı qərarı Təhsil Nazirliyində həkimlər, pedaqoqlar və psixoloqların iştirakı ilə yaradılan xüsusi qrup verəcək. Bu qrupun qərarı əsasında uşaqların I sinfə qəbulu ilə bağlı qərar qəbul ediləcək.
XS
SM
MD
LG