Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

Mərhum Kaçinskinin qardaşı uduzur


Polşada iyulun 4-də keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə biznes –yönümlü siyasi partiyanın lideri Branislav Kamarovski 52 faiz səslə irəlidədir. Ondan sonra 47 faiz səslə təyyarə qəzasında həlak olmuş keçmiş prezident Lex Kaçinskinin qardaşı Yarovlav Kaçinski gəlir. Seçkinin yekun nəticəsi iyulun 5-də axşam saatlarında məlum olacaq.

Bu il aprelin 10-da Lex Kaçinski və xanımı da daxil olmaqla 132 nəfər təyyarə qəzasında həlak olmuşdu.

Lex Kaçinski Smolenskə 1940-cı ildə Katın meşəsinda Sovet hərbçilərinin qətlə yetirildiyi minlərlə polyakın xatirəsinə ucaldılmış kompleksə baş çəkməyə gedirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG