Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06

Yəməndə köləliklə mübarizə kampaniyası başlayır


Yəmənin insan haqları fəalları köləliklə mübarizə kampaniyasına başladıqlarını elan ediblər.

Bu ölkədə köləlik rəsmən 1962-ci ildə ləğv edilib. Amma insan haqları fəalları bu qanuna baxmayaraq, ölkədə köləliyin hələ qaldığını deyirlər.

Hüquq müdafiəçisi və bu layihənin əlaqələndiricisi olan Məhmməd Naci Allav bildirib ki, onların nüfuzlu adamlardan yaratdıqları komitənin nümayəndələri bölgələrə gedib kölə saxlayan adamları başa salacaqlar ki, onların bu əməlləri cinayətdir.

Hüquq müdafiəçiləri Yəməndə azı 500 nəfər kölə olduğunu guman edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG