Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:36

Bakı-Astara dəmiryolu bərpa olundu


Bakı-Astara dəmiryolu iyulun 4-dən etibarən işləyir. Bu gün iki sərnişin qatarı Astara dəmiryolu stansiyasına daxil olacaq. Bu barədə AzadlıqRadiosuna Astara dəmiryolu stansiyasının rəisi Akif Əliyev məlumat verib.

İki aya yaxın idi ki, Bakı-Astara dəmiryolu işləmirdi. Kür çayın qalxması ilə əlaqədar Salyan ərazisindən keçən dəmiryolu bir neçə yerdən dağılmışdı. Dəmiryolun işləməməsi bu sahəyə xeyli ziyan vurub. Adının çəkilməsini istəməyən dəmiryolu mütəxəssisin dediyinə görə, aparıcı stansiyaların hər birinə, sərnişin və yük daşımalara görə gündə 10-15 min manat vəsait daxil olurdu.

Bakı-Astara dəmiryolu ilə əsasən tranzit yüklər daşınır. Bu yüklər İran, Pakistan, İraq, Türkiyə və digər ölkələr üçün nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG