Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43
«MƏN AZADLIĞI QORUMAQ ÜÇÜN KÜÇƏYƏ ÇIXDIM, «AZADLIQ» İSƏ MƏNİ QORUMADI»

OrhanAip AXCP-nin icazəsiz aksiyası zamanı həs olunan, 15 günlük həbs cəzası alan Rövşən Nəsirlinin partiyadan şikayətçi olduğunu yazır:

«Rövşən Nəsirli azadlığa çıxdıqdan sonra, facebook-da yazır: «AXCP məni bir vəkillə təmin eləyə bilmədi. Sonra deyirlər xalq qorxur».

Kifayət qədər güclü ittihamdır. Nəzərə alsaq ki, təxminən 100 nəfərin iştirak etdiyi aksiyada həbs cəzası verilmiş şəxslərdən yalnız Rövşənə qarşı polis tərəfindən zorakılıq olunduğu bildirilirdi. Söhbət ondan gedir ki, özünü «ana müxalifət» partiyası hesab edən qurum müdafiə etməli olduğu yeganə şəxsi lazımi vaxt müdafiə eləmədi və ya eləyə bilmədi. İstənilən halda, Rövşəni başa düşürəm. İndi 2003-cü ilin sonları deyil. Heç bir kütləvi həbs dalğası baş vermir. Adamın zorakılığa məruz qaldığını hətta ombudsman və hüquq müdafiəçiləri də bəyan edir. Partiya isə lazım olan bircə adamın müdafiəsini təşkil eləməyib.

Axırda, Rövşənin dilindən belə bir söhbət alınır : «Mən Azadlığı qorumaq üçün küçəyə çıxdım, «Azadlıq» isə məni qorumadı...».

MİN HALAL!

Bakı dünyanın ən bahalı şəhərləri sırasındadır
Natiq Cəfərli
dünyanın ən bahalı şəhərləri sırasında Bakının 36-cı sırada yer almasından yazır. İnkişaf etmiş şəhərlərdən Afina, İstanbul, Praqa, Barselona, Madrid, Brüssel, Dubay, Los-Anceles, Münhen, Berlin, Stokholm, Çikaqo, San-Fransisko, Mayami, Vaşinqton kimi şəhərlər bahalıqda Bakıya çata bilməyib:

«Halaldı YAP partiyasına və bizim şanlı hökumətimizə! Min halal! A kişilər, Madrid, Vaşinqton, Praqa nə zibildi axı bizim analoqu olmayan inkişafın yanında? İndi bəzi ağzı göyçəklər, qədir bilməzlər, dağıdıcı və yırtıcı müxalıflər, ağızlarına gələni deyəcəklər, yazacaqlar, bu hakimiyyətin belə bir uğuruna kölgə salmağa çalışacaqlar. Nə olsun ki, Praqada müəllimlər Mərdanovun bilik «əsgərlərindən» 10 dəfə çox maaş alır, «za to» onlar 8 martda konvert almırlar.

Nə olsun ki, Vaşınqtonda həkimlər Şirəliyevin ağ xalatlı «əsgərlərindən» 35—40 dəfə artıq maaş alırlar, «no», onların xalatlarının ciblərinə heç görün pul basan, onlara «hörmət» edən var o ölkədə? Nə olsun ki, Brüsseldə polislər bizim Usubovun «dubinka»lı əsgərlərindən 25—30 dəfə artıq maaş alırlar, amma gör heç onların cibinə, öpüşən gənclər bir avro belə sayıb basırlarmı? Əlbəttə yox. Nə olsun ki, Mayamidə yaşayan və işləyən bir insanın orta illik gəliri, məsələn, Qazax rayonunun Aşağı Ayıblı kəndinin bütün əhalisinin bir illik gəlirindən az deyil, lakin görün bu kəndin sakinləri özlərini Mayamıdə yaşayanlardan nə qədər xoşbəxt sayırlar ki, dünyanın maaşları ən aşağı, qiymətləri ən yuxarı olan bir ölkəsində yaşayırlar! Belə bir şərait yaratdıqlarına görə, hakimiyyətə yağlı bir «molodes»! Uraaaaaa!!!».

QUBALI PENSİYAÇILAR «AC» QALIB

Qubaxeber yazır ki, şimal bölgəsində son vaxtlar müşahidə edilən qeyri-sabit hava şəraiti taxılçılığa təsirsiz ötüşməyib. Nəticədə hər hektardan, ötən illə müqayisədə götürüləcək məhsulun həcmi bir neçə sentner aşağı enib:

«Sözügedən məsələləri Ərazi Kənd Təsərrüfatı İdarəsindən də təsdiq edirlər. Taxılın yerə yatması həqiqətən məhsulun həcminə təsir göstərib. Mütəxəssislərin fikrincə, ötən ilə müqayisədə məhsuldarlıq 20-25% aşağı düşəcək».

Ramzan Kadırov da bloqçu oldu
RaufRay
«İrəli» təşkilatının Elm, Təhsil, İnformasiya Texnologiyaları Festivalında iştirak etməsindən yazır. Festivalda Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Xızı, Quba, Qusar, Xaçmaz və s. rayonlardan 150 şagird və tələbə iştirak edib.

RAMZAN KADIROV DA BLOQÇU OLDU


Bu günlərdə Çeçenistan prezidenti Ramzan Kadırov öz şəxsi bloqunu yaradıb, 2 gün ərzində 1300 virtual dostu onu öz siyahısına daxil edib.

Kadırov bloqunda ilk dəfə balıq ovuna getməsindən, ilk təcrübəsinin uğursuz olmasından tutmuş, Çeçenistanda məşğulluq problemi, Rusiya ilə münasibətlər və s. barədə öz postlarını yerləşdirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG