Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Polşada prezident seçkilərinin ikinci turu keçirilir


İyulun 4-də Polşada prezident seçkisinin ikinci turu başlayıb. İkinci tur prezident səlahiyyətlərini icra edən Bronislav Komorovski ilə ölkədəki ən böyük müxalifət partiyalarından birinə rəhbərlik edən Yaroslav Kaçinski arasında keçirilir. Yaroslav Kaçinski Polşanın mərhum prezidenti Lex Kaçinskinin qardaşıdır.

Lex Kaçinski bu ilin aprelində 90-dan çox dövlət rəhbərli ilə birlikdə Rusiya ərazisində təyyarə qəzasında həlak olandan sonra ölkədə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkinin bundan əvvəl keçirilən birinci turunda qalib müəyyən edilməmişdi.
XS
SM
MD
LG