Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48
Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Barak Obamanı təbrik edib. Bu haqda AzərTAc məlumat yayıb.

Təbrik məktubunda deyilir ki, bu gün Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf edərək tərəfdaşlıq səviyyəsinə yüksəlib:

«Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, eləcə də regional sabitliyin gücləndirilməsi sahəsində birgə fəaliyyətimiz əməkdaşlığımızın mühüm istiqamətlərindəndir.

Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik».

Təbrikdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulur: «Biz həmçinin xalqımızın ən ağrılı probleminin – ölkəmizin ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik».

Məktubun sonunda deyilir: «Bu əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram».

1776-cı il iyulun 4-də ABŞ öz müsəqilliyini elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG