Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:34

Bakı polisi aksiyaları dağıdıb


Müsavat Partiyasının DUİ ilə keçirdiyi aksiyada 35 nəfər saxlanıb.

Arif Hacılı, Mustafa Hacıbəyli, Fəxrəddin Abbasov, Azər İsmayılov, Xəzər Teyyublu və daha 3 nəfəri Yasamal rayonu 28-ci polis bölməsinə aparıblar.

Azadlıq» blokunun keçirdiyi aksiyada isə 60-dan çox adam saxlanıb.

Onların bir hissəsi Səbail rayonu 8-ci və 9-cu polis bölmələrində saxlanılır.

35 nəfər isə avtobuslara mindirilərək şəhərdən kənara çıxarılıb.

Polis aksiyanı dağıdarkən juenalistə qarşı da zor işlədib.

Mediaforum» saytının əməkdaşı Erkin Xəlilov aksiyanı çəkmək istəyərkən polis onun kamerası və vəsiqəsini əlindən alaraq zorla avtobusa mindiriblər.
XS
SM
MD
LG