Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:35

Dunqa Braziliya yığmasını tərk edir


Braziliya yığmasının fanatları dünya kuboku ilə vidalaşırlar

Braziliya yığmasının fanatları dünya kuboku ilə vidalaşırlar

Braziliya yığmasının baş məşqçisi Dunqa dünya çempionatının 1/4 finalında Hollandiya yığmasına məğlub olduqdan sonra komandanı tərk edəcəyini bildirib. Oyundan sonrakı mətbuat konfransında Dunqa deyib ki, o DÇ-2010-un sonunadək komandaya rəhbərlik etməyi planlaşdırırdı və indi də komandanı tərk edir.

Hollandiya–Braziliya matçı iyulun 2-si keçirilib və 2:1 hesabı ilə hollandlaxın xeyirinə başa çatıb.

Dunqa Braziliya yığmasına 2006-cı ilin yayında gəlib. Ona qədər yığmanın baş məşqçisi Karlos Alberto Pareyra olub. Dunqanın rəhbərliyi altında Braziliya yığması 2007-ci ilin Amerika Kubokunu və 2009-cu ilin Konfederasiya Kubokunu qazanıb. DÇ-2010-un seçmə turunda isə Braziliya Cənubi Amerikada 1-ci yeri tutub.
XS
SM
MD
LG