Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:49

Erməni yazıçılarının ən böyük dərdi nədir?


Yazıçıların Konqresinə toplaşanlar erməni katalikosu 2-ci Qareginlə görüşür.
Yazıçıların Konqresinə toplaşanlar erməni katalikosu 2-ci Qareginlə görüşür.
Xaricdə erməni dilində yaranan ədəbiyyatın 10-15 il ömrü qalıb. İstanbulda nəşr olunan gündəlik “Mərmərə” qəzetinin baş redaktoru Rober Atteçyan öz narahatlığını Azadlıq Radiosunun Ermənistan xidməti ilə belə bölüşür.

Erməni diasporunda getdikcə daha çox yazıçı yaşadıqları ölkənin dilində yazmağa keçir.

“Ədəbiyyat hansı dildə yazılırsa - həmin dildə danışan xalqa məxsusdur. Əgər bir möcüzə baş verməsə, diaspordakı erməni ədəbiyyatı yox olacaq. Amma mən möcüzəyə inananlardanam.

Çünki erməni xalqı dəfələrlə möcüzə törədib”.

Atteçyan Ermənistanda – Tsaxkadzordakı yaradıcılıq evində keçirilən Yazıçıların 5-ci Ümumerməni Konqresinin 300 iştirakçısından biridir.

Tədbirə 20 ölkədən 90-a yaxın erməni yazıçısı da gəlib.

Yerusəlimdən olan şairə Anuş Naqqaşyan da deyir ki, diaspor yazıçılarının erməni dilinə arxa çevirməsi kədərləndiricidir.

“Vaxtilə Türkiyədə baş verənlərdən sonra diasporda ədəbiyyatın əsas mövzusu erməniliyin qorunması oldu.

İndi dövr dəyişib, amma yenə də əsas problem erməniliyin, erməni dilinin qorunmasıdır, amma bu dəfə başqa bir formada”.

Yazıçıların Ümumerməni Konqresinin əsas məqsədlərindən biri də bir-birni o qədər də yaxşı tanımayan iki qrup – Ermənistanda və xaricdə yaşayan erməni yazıçılar arasında əlaqələri möhkəmləndirməkdir.

Konqres iştirakçılarından biri – Yerevan Dövlət Universitetinin erməni ədəbiyyatı kafedrasnının müdiri Vazgen Qabrielyan isə “şairlərin buludlarda gəzməsindən” gileylidir.

“Şairin hər iki ayağı doğma torpaqda olmalıdır, o, mümkün qədər həyata, reallığa yaxın yaşayıb-yaratmalıdır”.

O hesab edir ki, yazarlar xarici ədəbiyyatdan nə qədər təsirlənsələr də, gərək milli düşüncəni qoruyub saxlasınlar.

Ədəbiyyatşünas David Qasparyan isə əsas problemlərdən biri kimi – “erməni dili uğrunda mücadiləni” qeyd edib.

O deyir ki, erməni dili təhlükədədir, bunun bir səbəbi də "orta və ali məktəblərdə ədəbiyyatın tədrisinin sıxışdırılmasıdır".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG