Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 07:42

Bahar Muradovadan Elçibəyin ailəsinə çağırış


Azərbaycan hökumətinin yardımı Əbülfəz Elçibəyin ailəsinin prinsipinə uyğun deyilsə, başqa ölkədən təminat almaq bu prinsiplərə necə uğun gəlir? Düşünmürəm ki, Əbülfəz Elçibəyin ailəsinin Azərbaycanda yaşaması ilə bağlı hansısa problemlər var və onlar ölkədən ona görə gedirlər».

Bu fikirləri Milli Məlisin vitse-spikeri Bahar Muradova iylun 2-də parlamentin yaz və növbədənkənar sessiyalarının yekununa dair mətbuat konfransında jurnalistlərin Elçibəyin ailəsinin vəziyyətlə bağlı Azərbaycanı tərk etmək istəməsinə dair sualını cavablandırarkən deyib.

Onun sözələrinə görə, Azərbaycan hökuməti bu ailənin müvafiq problemləri ilə bağlı çoxsaylı təkliflər edib. Və bu yardımların edilməsi barədə çoxsaylı cəhdlərə baxmayaraq onlar ailə tərəfindən qəbul edilmir:

«Elçibəyin yaxınları tərəfindən bildirilir ki, yardımları onların bu və ya digər prinsiplərinə uyğun gəlmədiyi üçün qəbul etmirlər. Mən bilmirəm o hansı prinsiplər və prinsipial məqamdır. Bu barədə də açıqlama verilsəydi, yaxşı olardı. Amma əsas prinsip o olmalıdır ki, bəli, Azərbaycan hökuməti Əbülfəz Elçibəyin ailəsinin bu və ya digər problemi ilə bağlı təkliflər irəli sürürsə və bu təkcə təklif yox, konkret əməl şəklində ortadadırsa, onu qəbul etmək lazımdır. Əgər bu onların prinsiplərinə uyğun gəlmirsə, başqa ölkədə təminatlarını əldə etmək prinsiplərinə necə uyğun gəlir? Bu suala da cavab vermək lazımdır. Ona görə mən buna yaxşı baxmıram. Hesab edirəm ki, onlar Azərbaycanda qalmalı və problemlərini də Azərbaycan vasitəsilə həll etməlidilər».

Son günlər bəzi KİV-lərdə Elçibəyin ailəsinin Türkiyəyə köçmək niyyətində olduğu barədə məlumatlar yayılıb.
XS
SM
MD
LG