Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:50

ABŞ-da tutulanlardan biri Rusiya casusu olduğunu etiraf eləyib


ABŞ-da Rusiyaya işləmək ittihamıyla tutulanlardan biri casus olduğunu etiraf eləyib. ABŞ prokurorluğu bu məlumatı yayıb. Etirafdan sonra Xuan Lazaro kimliyi altında yaşayan şəxsin zaminə buraxılması barədə qərar təxirə salınıb. Amma onun həyat yoldaşı Viki Pelaez göndərilmiş casus olmadığına görə, hakim 250 min dollar qarşılığında zaminə buraxılmasına icazə verib.

Məhkəmə həbs edilən 11 nəfər arasında olan digər ər-arvadı, Riçard və Sintiya Mörfini də zaminə buraxmaqdan imtina edib. Onlar da Nyu Cersidə 1990-cı illərdən ABŞ-ın əleyhinə işləməkdə ittiham edilirlər.
XS
SM
MD
LG