Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:24

Bahar Muradova: «Klintonun səfərini gözləyirik, amma səbirsizliklə yox»


Bahar Muradova

Bahar Muradova

ABŞ Dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri xüsusi səbirsizliklə gözlənilmir. Bakıda ondan ABŞ Konqresinin Dağlıq Qarabağa yardımı artırması barədə də soruşulacaq.

Bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova iyulun 2-də jurnalistlərin bu barədə sualını cavablandırarkən deyib:

«ABŞ Dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri gözlənilir. Amma daha o qədər də səbirsizliklə yox. Çünki məlumdur ki, o, Azərbaycana konkret müəyyən olunmuş gündə gələcək. Əlbəttə ki, bu səfərə həm ABŞ, həm də Azərbaycan tərəfindən çox ciddi önəm verilir. Bəyan olunub ki, onun bu səfərində əsas mövzulardan biri də Dağlıq Qarabağ məsələsi olacaq. Mən əminəm ki, bütün görüşlərdə bu məsələ müzakirə mövzusu olacaq və ABŞ Konqresinin Dağlıq Qarabağa ayırdığı yardımla bağlı fikirlər mütləq onun diqqətinə çatdırılacaq».

Vitse-spiker deyir ki, onlar hər zaman Dağlıq Qarabağa ayrıca yardım ayrılmasına öz mənfi münasibətimizi bildirirlər. O hesab edir ki, bunda haqlıdırlar. Çünki ora göndərilən yardım separatçılığa dəstəyə yönəldilə bilər. Və bununla bağlı da çoxsaylı faktlar var. Bahar Muradova:

«Hətta əgər bu vəsaitlər doğrudan da orada yalnız insanların bu və ya digər sosial problemlərinin yönəldilirsə belə, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün bu yardımlar da Azərbaycan vasitəsilə göndərilə bilər».

Bu günlərdə ABŞ Konqresi Dağlıq Qarabağa ayrılan yardımın məbləğini artırıb.

2011-ci il üçün ABŞ Konqresi Dağlıq Qarabağa 10 milyon yardım ayırıb.

ABŞ Dövlət katibi Hillari Klintonun iyulun 4-də Bakıya səfəri gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG