Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:11

«Demokrat» qəzetinin satışına maneçilik yaradılıb


İyulun 1-də «Demokrat» qəzetinin Gəncə şəhərinə göndərilən nüsxələri bir gün sonra - ayın 2-də satışa çıxarılıb.

Bu barədə AzadlıqRadiosuna qəzetin baş redaktoru Mustafa Hacıbəyli məlumat verib.

Baş redaktor qəzetin çap olunan gün satışa buraxılmamasını Göygöldə prezident İlham Əliyevə tikildiyi iddia edilən iqamətgahla bağlı yazı ilə əlaqələndirir.

«Demokrat» qəzetinin iki sayında İlham Əliyevə Göygöldə iqamətgah tikilməsi və ordakı fəhlələrin acınacaqlı iş şəraitindən bəhs edən yazılar dərc edilib.

Mustafa Hacıbəyli deyir ki, həmin yazılardan sonra onlara məlumat daxil olub ki, guya Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şöbəsinin əməkdaşları iqamətgahın tikintisində çalışanların mobil telefonlarını əllərindən almaqla yanaşı, onları qeydiyyata alıblar.

Mustafa Hacıbəyli deyir ki, məhz «Demokrat» qəzetinin satışa buraxılmayan son sayında həmin məlumat olub. O ehtimal edir ki, nəşrin satışa buraxılmaması bununla bağlı ola bilər.

Baş redaktor deyir ki, onların müxtəlif instansiyalara müraciətlərindən sonra «Demokrat» qəzeti iyulun 2-si günün ikinci yarısı mətbuat yayımı köşklərinə verilib.
XS
SM
MD
LG