Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Eynulla Fətullayev: “Hakimiyyət daha çox həbsdə qalmağımı istəyir”


Qaradağ rayon məhkəməsində narkotik maddə saxlamaqda ittiham oluan jurnalist Eynulla Fətullayev son sözlə çıxış edir.

Jurnalist çıxışında bir daha bildirib ki, o özünü ittiham üzrə təqsirli saymır: “Məhkəmə müdafiə tərəfinin şahidlərini dindirmədi. O cümlədən 12 saylı cəzaçəkmə yerinin rəisi Aftandil Ağayevin mənim üstümə narkotik maddə qoyula biləcəyi haqqında ifadəsini nəzərə almadı”.

Eynulla Fətullayev deyib ki, “hakimiyyət bilir ki, mən həbsdən çıxandan sonra yenə jurnalist fəaliyyəti ilə məşğul olacağam, ona görə də həbsdə daha çox qalmağımı istəyir”. Eynulla Fətullayevin çıxışı davam edir.

Dövlət ittihamçısı Eynulla Fətullayevin 3 il azadlıqdan məhrum edilməsini tələb edib. Vəkilləri isə məhkəmədən jurnalistə bəraət verilməsini istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG